İran raket proqramını davam etdirəcək


Dünya 10 May 2018 23:47:00 299 0

İran raket proqramını davam etdirəcək

Tehranın hazırladığı raketlər ABŞ və ya ona müttəfiq olan ölkələrdə kütləvi qırğın törətmək məqsədi daşımır. Bu dövlətlər ölkəmizin özünümüdafiə hüququnu məhdudlaşdıra bilməz.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda İran hökumətinin bəyanatında deyilir.

"ABŞ və onun müttəfiqləri İranın qanuni özünümüdafiə haqqını, o cümlədən İran-İraq müharibəsinin acı təcrübəsini nəzərə almaqla ənənəvi silahların tədarükü məqsədi ilə hazırlanmış raket müdafiə sisteminə olan haqqını heç bir vəchlə məhdudlaşdıra bilməz", - deyə bəyanatda qeyd olunur.