Piza qülləsinin 600 illik sirri açıldı


Digərləri 10 May 2018 23:24:00 280 0

Piza qülləsinin 600 illik sirri açıldı

Bristol mülki inşaat departamentindən olan professor Corc Milonakisin başçılıq etdiyi  tədqiqat qrupu dörd güclü zəlzələyə tab gətirmiş Piza qülləsinin davamlılığının səbəbini müəyyən edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə pres-reliz "Phys.org"-da dərc olunub.

Məlum olduğu kimi 14-cü əsrdə İtaliyada inşa olunmuş qüllə təməlinin kiçik olması və ya torpağın yumşaq olmasına görə beş dərəcəlik bucaq altında yana əyilib.

Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metr və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır.