İnsan yatan zaman ruhu bədənindən necə çıxır?


Digərləri 10 May 2018 22:40:00 295 0

İnsan yatan zaman ruhu bədənindən necə çıxır?

İnsan iki tərkibdən ibarətdir: ruhdan və cisimdən. Ruh insan üçün İlahi bir nurdur ki, bədəninə can verir və onu təkamülə doğru hərəkət etdirir. Ancaq bunu da qeyd etmək lazımdır ki, ruhun dərəcələri və mərhələləri vardır. İnsan ölən zaman ruhun hamısı bədəni tərk edər. Ancaq yatan zaman ruhun bir hissəsi bədəni tərk edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, hədislərimizin nəzərinə görə, insan yatan zaman bədənində qalan hissə ruh adlanır. Ancaq o şey ki, bədəni tərk edir, nəfs adlanır.

Başqa sözlə desək, yatan zaman insan ruhunun cisim ilə rabitəsi ən az həddə düşər. Yəni, onların arasında olan rabitələrinin bir hissəsi kəsilir. Ancaq bu rabitə tamamilə qət olmur. Ona görə də ruhun bədənə nisbətdə üç halı vardır:

1. Tam rabitə. (Yəni, oyaq vaxtı olan rabitədir).

2. Naqis rabitə. (Yəni, yatan zaman olan rabitədir).