İmam Zaman ağaya yazılan məktubun nəticəsi


Digərləri 10 May 2018 21:50:00 272 0

İmam Zaman ağaya yazılan məktubun nəticəsi

Mərhum Ağa Seyyid Cavad Xorasani İsfahan camaatının ən çox etimad etdiyi imam-camaatı olmuşdur. Ürfan və mənəviyyatda yüksək məqama çatmışdır.

O zamanın məmurları qərara alırlar ki, İsfahanın abad torpaqlarını ələ keçirtsinlər. Ona görə insanların canına təşviş düşür. Çünki bir çoxlarının gəlirləri məhz o abad torpaqlardan idi.

Hər nə qədər hökumət adamları ilə müzakirələr etdilər, fayda vermədi.

Son.az deyerler.org-a istinadən bildirir ki, alim buyurur: "Mən artıq adi qapıların üzümə bağlandığını gördüm və İmam Zaman ağaya (ə.f) bir məktub yazıb çaya atdım.

İsfahanın məşhur övliyalarının dəfn edildiyi qəbiristanlığa getdim və "Nüdbə" duasını oxumağa və ağlamağa başladım.