Biləsuvar gömrüyü fasiləsiz iş rejiminə keçib VİDEO


Digərləri 10 May 2018 21:08:00 298 0

Biləsuvar gömrüyü fasiləsiz iş rejiminə keçib  VİDEO

Bu gündən etibarən Azərbaycan və İran arasında yerləşən Culfa, Biləsuvar və Astara sərhəd-buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan-İran hökumətlərarası iclasında qəbul olunmuş qərara əsasən iki ölkə nümayindələri arasında görüş keçirilib. Görüşdə müvafiq protokol imzalanib. Protokola əsasən bu gündən etibarən həmin mənətəqələr 24 saatlıq iş rejiminə keçib. Məqsəd dövlət sərhədindən gediş-gəlişi, əmtəə və yük dövriyyəsində, qarşılıqlı ləngimməni azaltmaq, eləcə də vətəndaşların dövlət sərhədindən qarşı tərəfə keçidini asanlaşdırmaqdan ibarətdir. Bununla bağlı əlaqədar qurumlar tərəfindən müvafiq hazırlıq işləri görülüb, buraxılış məntəqələri işçi heyəti ilə təmin olunub.