Gənc Tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin 95 illiyi qeyd edilib


Digərləri 10 May 2018 19:16:00 276 0

Gənc Tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin 95 illiyi qeyd edilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib. Trend-in məlumatına görə, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları ümummilli liderin teatr sənəti ilə bağlı fikirlərini və sənət adamları ilə görüşlərini əks etdirən videoçarx ilə tanış olublar. Tədbiri teatrın direktoru,Əməkdar artist Mübariz Həmidov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrımızın inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından söhbət açıb. Vurğulayıb ki, mədəniyyətimizin müxtəlif sahələri ilə yanaşı teatr sənəti də daim Heydər Əliyevin böyük qayğısı ilə əhatə olunub, mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq ulu öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülüblər.