Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7ci mövsümü keçiriləcək


Digərləri 10 May 2018 18:12:00 329 0

Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7ci mövsümü keçiriləcək

2018-ci il mayın 17-dən 19-dək Bakıda "Fairmont Baku Flame Towers" otelində Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7-ci mövsümü keçiriləcək. İlk parlament respublikası - Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Azerbaijan Fashion Week bir sıra dəb nümayişləri təşkil edəcək.

7-ci mövsümün qonaqları Fəxriyyə Xələfova, Diana Əhədpur Kəngərli, həmçinin Alex Chzhen, Yerlan Zholdasbek, Makhaim, Mak Mari kimi tanınmış dizaynerlər olacaq.

Moda həftəsi ərzində Azerbaijan Fashion Week Azərbaycan qadınlarının gözəllik və dəb tarixinə dalmağa imkan yaradacaq. Gözləriniz önündə yüz il müddətində dəyişən obrazlar canlanacaq.

Son əsrin dəb təkamülünün şahidi olacaqsınız.

2018/2019 Payız-Qış mövsümü sürprizlər hazırlayır. Azərbaycan dizaynerləri inkişaf edir, güclənirlər, moda cəmiyyətinin yeni üzvlərinin sayı həndəsi silsilə üzrə artır.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən Showroom АFW də təşkil olunacaq.

Showroom АFW-in əsas məqsədi - butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün nəsə yeni geyim seçmək imkanı yaratmaqdır.