“Instagram” yenə çökdü


Digərləri 10 May 2018 17:16:00 246 0

“Instagram” yenə çökdü

Bir neçə ölkədə istifadəçilər "Instagram" sosial şəbəkəsində qüsurların yarandığını bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkədə səhifəni yeniləməyə çalışarkən "Bölməni yeniləmək mümkün olmadı" mesajı peyda olur.

Qeyd olunur ki, "Instagram"la bağlı nasazlıqlar Rusiya, Avstraliya, Ukrayna, İndoneziya, Ermənistan, Hindistan, İtaliya və Böyük Britaniyada baş verib.

Hələlik şirkət tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.