Azərbaycan işğal altındakı ərazilərinə Fransa rəsmilərinin qanunsuz səfərlərinin artmasından narahatlığını bildirib


Digərləri 10 May 2018 16:58:58 199 0

Azərbaycan işğal altındakı ərazilərinə Fransa rəsmilərinin qanunsuz səfərlərinin artmasından narahatlığını bildirib

Fuad Muradov Fransanın Kalmar şəhərinin meri ilə görüşüb

Bakı. Bakıda səfərdə olan Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Komitəsi ilə Kalmar şəhəri arasında əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, gələcək fəaliyyət planları müzakirə edilib, Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərə dair təkliflər səsləndirilib və konkret addımlar barədə fikir mübadilə aparılıb.