Sabiq deputatın oğluna qarşı dələduzluq edən şəxsə hökm oxundu


Digərləri 10 May 2018 16:17:00 275 0

Sabiq deputatın oğluna qarşı dələduzluq edən şəxsə hökm oxundu

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə R. Heybətobun vəkili Vasif İsrafilov müdafiə nitqi ilə çıxış edib.

O, bildirib ki, R. Heybətovun əməlində cinayət tərkibi yoxdur, pullar da borc kimi alınıb: "Bu gün də həmin zərər ödənib və Rövşən Heybətov zərərçəkmiş şəxslə barışıb. Bütün bunlar onun əməlini yüngülləşdirən amillərdir. Buna görə də ona həbslə bağlı olmayan cəza verəsini xahiş edirəm".

R. Heybətov da son sözlə çıxış edərək, barəsində ədalətli qərar çıxarılmasını istəyib: "Zərərçəkmişlə həmişə dost olmuşuq və bu gün də dostam. Aramızdakı pul məsələsi dələduzluq deyil, borc olub. Bəzi insanların səhvinə görə, Elnurla münasibətimiz pozulmuşdu və iş bu yerə gəlmişdi".

Sonra hökm oxunub. Hökmə əsasən, R. Heybətov barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.