Bakıda məktəbdə yanğın:


Digərləri 10 May 2018 15:06:00 253 0

Bakıda məktəbdə yanğın:

Mayın 10-u saat 13:05 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.

Şagirdlər məktəbdən təxliyə olunub, xəsarət alan yoxdur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.