Generaldan tələb etdiyi pulu nazirlik ödəyəcək


Digərləri 10 May 2018 14:17:00 247 0

Generaldan tələb etdiyi pulu nazirlik ödəyəcək

Ləğv edilmiş MTN-in istintaq idarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevə qarşı iddia üzrə məhkəmə yekunlaşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "MTN işi" üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev general M.Şıxəliyevə qarşı iddiasına Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılır. Onunla bağlı cinayət işinin istintaqının generalın rəhbərlik etdiyi idarənin apardığını əsas gətirərək M.Şıxəliyevdən təzminat kimi 83 min manat tələb edib. M.Şıxəliyev yüksək dövlət postu tutduğu üçün Maliyyə Nazirliyi də prosesə cavabdeh şəxs kimi cəlb edilib.

Bugünkü iclasda M.Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verərək pulun Maliyyə Nazirliyindən tutulmasını istəyib. Bildirib ki, nazirlik də həmin pulu M.Şıxəliyevdən tələb etsin.

M.Şıxəliyevin vəkili isə çıxışında M.Mustafayevin iddiasını əsassız hesab edərək təmin edilməməsini istəyib.