Əbülfəs Qarayev yeni yaranan nazirlik haqqında: Kadr islahatları da aparılacaq


Digərləri 10 May 2018 13:18:00 244 0

Əbülfəs Qarayev yeni yaranan nazirlik haqqında: Kadr islahatları da aparılacaq

“Hesab edirəm ki, Azərbaycan mədəniyyəti ölkəmizə çoxsaylı qonaqların cəlb olunmasına, Azərbaycana hörmət qazandırmağa layiq olan bir sahədir".

Bakı. İlhamə İsabalayeva – "Sözsüz ki, yeni yaranan Mədəniyyət Nazirliyində kadr islahatları da aparılacaq". Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin əsasında yeni yaranan Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri barədə danışarkən deyib. Nazir hesab edir ki, Azərbaycan mədəniyyəti ölkəmizə çoxsaylı qonaqların cəlb olunmasına, Azərbaycana hörmət qazandırmağa layiq olan bir sahədir. Mədəniyyət sahəsi həmişə həm Azərbaycan xalqının mənəviyyatına, həm də onun təbliğ olunmasına xidmət edəcək.