Oqtay Əsədov: "Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə azərbaycançılıq, milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı"


Digərləri 10 May 2018 13:00:00 290 0

Oqtay Əsədov: "Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə azərbaycançılıq, milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı"

Milli Məclisin ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan xüsusi iclas davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, 1960-cı illərin sonları və 1990-cı illərin əvvələrində Ulu Öndərin hakimiyyətə gəlişi xalqımızın ən ağır sınaqları dövrünə təsadüf edir.

Spikerin sözlərinə görə, hər iki dövrdə Ümummilli Liderin yüksək idarəçiliyi sayəsində Azərbaycan mühüm inkişaf yolu keçib: "Ulu Öndər müstəqillik yolunda maneələri qabaqcadan görür, onların aradan qaldırılması istiqamətində mühüm addımlar atırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilmiş, xalqın mənafeyinin müdafiəsi üçün mühüm işlər görülmüşdü".

O.Əsədov qeyd edib ki, Ulu Öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə bir sıra təhsil ocaqları yaradılıb, çoxlu sayda gənclər oxumaq üçün Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilib: "İmperiya dövründə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafı üçün əlindən gələni edib. O, ölkəmizə münasibətdə düşmənçilik mövqeyi tutanlara qarşı ən böyük maneə idi".

O söyləyib ki, Heydər Əliyevin Sovet hakimiyyətində vəzifədən uzaqlaşdırılması Azərbaycan qarşı hazırlanan məkrli planın ilk addımı idi: