Dövlət İmtahan Mərkəzində Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib


Digərləri 10 May 2018 12:59:00 266 0

Dövlət İmtahan Mərkəzində Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib

Mayın 10-da Dövlət İmtahan Mərkəzində (DİM) Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, tədbirdən öncə DİM-in kollektivi Mərkəzin binasında yerləşən Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, onun dövlətimizə, xalqımıza, təhsilimizə olan diqqət və qayğısından, mühüm xidmətlərindən danışıb. Sədrin müavini qeyd edib ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi, mədəni və elmi həyatının bütün sahələrində əsaslı dönüş məhz ulu öndərin ‎adı ilə əlaqədardır. Heydər Əliyevin siyasi kursu Azərbaycanı daim irəliyə aparır.