Bəşər Əsəddən ona "heyvan" deyən Trampa cavab


Dünya 10 May 2018 12:42:00 233 0

Bəşər Əsəddən ona "heyvan" deyən Trampa cavab

"Şəxs olaraq vecimə deyil".

Suriya prezidenti Bəşər Əsəd ölkəsində kimyəvi silahdan istifadə edilməsi ilə bağlı iddialara görə onu "heyvan" adlandıran ABŞ prezidenti Donald Trampa cavab verib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, Yunanıstanın "Katimerin" qəzetinin müxbirinin suallarını cavablandıran dövlət başçısı ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı aprel ayının 13-dəki hərbi əməliyatından sonra ilk dəfə açıqlama verib.