"Tufan" sərhəd gözətçi gəmisi Xəzər dənizində xidmətidöyüş fəaliyyətinə başladı FOTO


Digərləri 10 May 2018 12:45:00 308 0

"Tufan" sərhəd gözətçi gəmisi Xəzər dənizində xidmətidöyüş fəaliyyətinə başladı  FOTO

Aprelin 30-da Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi mayın 10-da Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.

DSX-nin Mətbuat mərkəzindən Son.az-a verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­sılatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mü­hüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xidməti-döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu tədbirin Azərbaycan Dövlət Sərhəd Xid­mə­tinin yara­dı­cısı, Azər­baycan sərhəd mühafizəsi strategiyasının müəllifi Dahi Ön­dər Hey­dər Əli­yevin 95 illik yu­bileyinə təsadüf etməsi bu günü daha da əla­mətdar edib.


Xəbərə aid fotolar