“Generalın arvadı məndən 35 min pul istəyir” FOTO


Digərləri 10 May 2018 11:18:00 273 1

“Generalın arvadı məndən 35 min pul istəyir”  FOTO

Bakı şəhər sakini Gülnarə Səfərova "K.aan" modalar evinin rəhbəri Könül Abduyevadan şikayətçidir.

Son.az xəbər verir ki, o, bununla bağlı qafqazinfo-ya müraciət edib.

G. Səfərova qeyd edib ki, 2016- cı ildə K. Abduyevanın dəvəti ilə sözügedən moda evinə paltarbiçən kimi dəvət olunub:

"Orada dizayner yoldaşımla bərabər 2017- ci ilin avqust ayına qədər işlədik. Avqust ayında mübahisə yarandı və biz işdən çıxmalı olduq. İşlə bağlı məsələ deyildi, təhqir olunmuş vəziyyətdə qalmamaq üçün işdən çıxdıq. 

Könül Abduyeva bizə maaş verməyəcəyini söylədi. Bizi general həyat yoldaşı ilə hədələyib başımıza iş açacağını söylədi. Dedi ki, kimə istəyirsinizsə şikayət edin. İndi kimə arxalanırsansa, hamını öldürmək, güllələmək lazımdır?  

Belə olan halda biçdiyim parçanın lekallarını söküb zibil vedrəsinə atdım. Çünki o mənim ideyam idi və bezin metrəsinin 2 manat qiyməti var.

Bir müddət sonra o, məni polisə şikayət edib həmin lekallara görə 35 min manat pul tələb etdi. İndi məsələ Səbail rayon Polis İdarəsində istintaqdadır. Məni də bir neçə dəfə polis bölməsinə çağırıblar. İzahat vermişəm, demişəm ki, parça ilə bağlı ekspertiza aparın, yaxud işi məhkəməyə verin". 


Xəbərə aid foto