Keniyada su bəndi dağıldı - Sular 20 nəfərin canını aldı


Digərləri 10 May 2018 10:38:00 223 0

Keniyada su bəndi dağıldı - Sular 20 nəfərin canını aldı

Keniyada "Patel" bəndində partlayış baş verib.

Bakı. Keniyada "Patel" bəndində partlayış baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində azı 20 nəfərin öldüyü bildirilir. Yerli "Qızıl Xaç" 39 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat verib. İtkin düşənlərin də olduğu qeyd edilir.