Türkiyə prezidentliyinə bütün namizədlərin adları açıqlandı


Dünya 10 May 2018 10:15:00 277 0

Türkiyə prezidentliyinə bütün namizədlərin adları açıqlandı

Türkiyənin Ali Seçki Komissiyası iyunun 24-də keçiriləcək seçkilərdə prezidentliyə namizədlərin adlarını açıqlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend "Rəsmi Qəzet"ə (Resmi Gazete) istinadən məlumat verir.

Türkiyə prezidentliyinə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "İYİ Parti"dən Meral Akşener, Səadət Partiyasından Temel Karamollaoğlu, Cümhuriyyət Xalq Partiyasından Muharrem İnce, Vətən Partiyasından Doğu Perinçek, Ədalət Partiyasından Vecdet Öz və Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaşın namizədliyi irəli sürülüb.