Klyuçevskaya Sopka vulkanı havaya kültoz püskürüb


Dünya 10 May 2018 08:05:00 267 0

Klyuçevskaya Sopka vulkanı havaya kültoz püskürüb

Kamçatkada Klyuçevskaya Sopka vulkanı havaya kül-toz püskürüb.

Son.az Trend-ə istinadən bildirir ki, vulkanda oyanış barədə Rusiya Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka qrupu xəbər yayıb. Qeyd olunur ki, vulkan külü 5,5 km hündürlüyə püskürüb.

Tüstü 85 km cənub-şərq istiqamətində yayılıb, lakin Fövqəladə Hallar Xidməti yaxınlıqdakı yaşayış məntəqələri üçün heç bir təhlükə olmadığını qeyd edib.