Chromeda qəfil yenilik


Digərləri 10 May 2018 07:33:00 234 0

Chromeda qəfil yenilik

"Google" şirkəti "Chrome" masaüstü brauzerinin yeni versiyasını çıxarıb. "Chrome 66" versiyasında bir çox istifadəçiləri qıcıqlandıran səsli videonun avtomatik işə düşməsi, demək olar ki, tamamilə bloklanıb. Həm də bloklama və ya videonun işə salınması istifadəçi baxışlarının tarixçəsindən asılıdır.   Son.az ICTnews-a istinadən bildirir ki, saytlarda səsli videonun avtomatik işə salınması üçün onlar (saytlar) "Chrome 66" versiyasında tətbiq edilmiş yeni meyarlara uyğun olmalıdır. Son.az