Dərini və qan dövranını yaxşılaşdıran, ağrını yüngülləşdirən CÖVÜZÜN FAYDALARI


Digərləri 09 May 2018 22:31:00 315 1

Dərini və qan dövranını yaxşılaşdıran, ağrını yüngülləşdirən CÖVÜZÜN FAYDALARI

Yuxusuzluğa bir sıra fiziki və psixi amillər səbəb ola bilər, məsələn, bəzi dərmanlar, zərərli vərdişlər yuxu və s.

Son.az xəbər verir ki, cövüz yuxusuzluğa qarşı ən effektli təbii vasitədir.

Yuxusuzluğun tibbi səbəbləri:

Artrit

Xroniki ağrı

Burun sinusları ilə bağlı problemlər

Allergiya

Mədə-bağırsaq problemləri, reflüks

Astma

Hipertireoz və endokrin problemlər

Bel ağrısı

Psixi və nevroloji problemlər

Yuxusuzluq yaradan müəyyən dərman preparatları da mövcuddur: Hamiləliyin qarşısını alan həblər, ürək, hipertoniya, triod problemlərinə, astma, depressiyaya qarşı dərman vasitələri. Ayaqlarda narahatçılıq sindromu da yuxusuzluq yaradır, xəstənin ayaqları qeyri-ixtiyarı hərəkət edir və yuxunu pozur. Narahat ayaq sindromu dünya əhalisinin təxminən 10% -inə təsir edir.

Yuxu apnesi - yuxuda nəfəs kəsilməsi olaraq bilinir, uzun müddətli və ciddi sağlamlıq problemlərinə səbəb olur. O, tənəffüs yollarında (tam və ya qismən) problemlər doğurur və yuxunu pozur.

Əgər sizdə bu cür problemlər varsa, həkimlə məsləhətləşmək gərəkdir. Siz yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün gündəlik vərdişləriniz də dəyişməlisniz.

Televizor qarşısında vaxt keçirməyi və sair elektron cihazların istifadəsini məhdudlaşdırın. Yuxusuzluğun səbəblərini üzə çıxarmaq və onları aradan qaldırmaq üçün həkimlə danışın.

Xroniki yuxusuzluq hipertoniya və depressiyaya səbəb ola, habelə ümumi sağlamlığa zərər gətirə bilər.

Yuxusuzluğun daha çox yayılmış simptonlarının siyahısı aşağıdakılardır:

Yaddaş problemləri

Həyəcan

Gərginlik

Əhval-ruhiyyənin tez-tez dəyişməsi

Yorğunluq