Şimali Koreya ABŞ vətəndaşlarını azad edib


Dünya 09 May 2018 20:14:00 264 0

Şimali Koreya ABŞ vətəndaşlarını azad edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib. Onlar hazırda ABŞ-a qayıdırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün "Twitter" səhifəsində yazıb.

D.Tramp 3 amerikalının Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun KXDR-ə səfəri zamanı azad edildiyini və onunla birlikdə vətənə yola düşdüklərini yazıb. Mayk Pompeo ABŞ və Şimali Koreya liderlərinin nəzərdə tutulan görüşünün detallarını müzakirə etmək üçün Pxenyana səfər edib.