18 yaşlı qızın çəkdikləri on minlərlə dollara satılır FOTO


Digərləri 09 May 2018 19:54:00 327 0

18 yaşlı qızın çəkdikləri on minlərlə dollara satılır  FOTO

Dmitra Milan rəssam ailəsində anadan olub. Qızın uşaqlıdan imkanı olub ki, valideynlərinin açdığı incəsənət məktəbindəki dərslərdə iştirak etsin. Məhz orada Dmitra təkcə rəssamlığın sirlərini öyrənməyib, həm də öz üslubunu tapıb.

18 yaşlı qızın rəsm əsərləri sərgilərdə on minlərlə dollara satılır. O, İnstaqram-da da xeyli məşhurdur, səhifəsini təxminən 100 min abunəçi izləyir. Qızın populyar olmasının sirri onun qeyri-adi səmimiyyətindədir. O, rəsmlərində daxili aləmini, öz hisslərini çoxlarına tanış olan arzularını çəkir.

Son.az oxucuları rəssamın insanı real dünyadan ayırıb xəyallar aləminə səyahətə aparan fotoları ilə tanış edir. Bu şəkillərdə abstraksiya və realizm birləşir, ön planda süjet deyil, rəsmlərdə gizlədilən emosiyalar əks olunur.