"Bu addım ABŞ üçün utancvericidir"


Dünya 09 May 2018 19:34:00 228 0

"Bu addım ABŞ üçün utancvericidir"

"İran ABŞ-ın qərarı ilə bağlı tədbirlərə başlamazdan öncə bir neçə həftə gözləyəcək". 

Son.az APA-ya istinadən bildirir ki, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

Ə. Laricaninin sözlərinə görə, bununla da İran dünyaya problemin sülh yolu ilə həllinə cəhd etdiyini sübut edəcək: "Bu addım ABŞ üçün utancvericidir. Trampın bu qərarına görə ABŞ-a dünyada inamsızlıq artıb. İran isə dialoqa üstünlük verdiyini və problemlərin həllində siyasi yollar axtardığını göstərdi".