Azərbaycanda “Avro5” standartına cavab verən benzin məhsulları nə vaxt istehsal olunacaq?


Digərləri 09 May 2018 18:27:00 278 0

Azərbaycanda “Avro5” standartına cavab verən benzin məhsulları nə vaxt istehsal olunacaq?

Azərbaycanda "Avro-5" standartına cavab verən benzin məhsullarının istehsal olunacağı ilkin tarix açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib ki, "SOCAR Karbamid" zavodunda tikinti işləri, demək olari, tamamlanıb və artıq sınaq-sazlama işlərinə hazırlıq gedir: "Zavodun ilk məhsulu olacaq ammonyakın istehsalı bu ilin avqust ayına planlaşdırılır. Oktyabrda isə zavodun yekun məhsulunun - azot gübrəsinin (karbamid) istehsalına başlanılacaq. "SOCAR Polymer" müəssisəsində polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavodun istismara verilməsi isə cari ilin 2-ci və 4-cü rüblərində planlaşdırılır. Sənayenin səmərəliliyinin artırılması məqsədilə "SOCAR Polymer" zavodlarının rəqəmsallaşması "SAP" (Sistem Analizi və Proqramlaşdırma) sisteminin modulları vasitəsi ilə təmin olunacaq".

O bildirib ki, neft emalı və neft-qaz kimyasının vahid kompleksdə birləşdirilməsi və istehsal zəncirinin tamamlanması seqmentlərin qarşılıqlı fəaliyyətini təmin edir: "Yeni inşa olunan zavodları xammal ilə təmin edəcək "Azərikimya" özü eyni zamanda Heydər Əliyev adına Neft Emalı Zavodunun məhsullarından istifadə edir. Buna görə də zəncirin bütün halqalarının ahəngdar işini təmin etmək üçün yeni zavodların inşası ilə paralel olaraq Heydər Əliyev adına NEZ və "Azərikimya"da yenidənqurma tədbirləri həyata keçirilir".