İnsanları heyvan sayan "alimlər" FOTO


Digərləri 09 May 2018 11:51:00 298 0

İnsanları heyvan sayan "alimlər"  FOTO

"Nanaasanyiti butay".... Yapon dilindən tərcüməsi "731-ci dəstə" olan xüsusi, əlahiddə dəstə Yaponiyanın Kvantun ordusunun "elmi-tədqiqat" qrupu sayılırdı. Bu qrup hərbi əsirlər və oğurlanmış insanlar üzərində sınaqlar apararaq bioloji silah hazırlamağa çalışırdı.

Son.az Daily Mail-ə istinadən bildirir ki, bundan başqa, "731-ci dəstə"də insanın müxtəlif amillərin təsiri altında sağ qala biləcəyi maksimal müddəti araşdırmaq üçün "təcrübə"lər də aparılırdı. Bu vəhşi, amansız işgəncələr zamanı qurbanlar qaynar suya salınır, "qurudulur", ac və susuz saxlanılır, dondurulurdu. Bəzən "sınaq obyekti"nin bədənindən elektrik cərəyanı buraxılır, ya da bədən əzaları diri-diri kəsilib götürülürdü.

1932-ci ildə yaradılmış bu dəstə Çinin Harbin şəhərindən 20 km cənubda, Binszyan vilayətindəki Pinvan qəsəbəsində yerləşirdi. Dəstəyə yapon ordusunun general-leytenantı Siro İsiyi başçılıq edirdi.

Məxfi kompleksin inşası üçün yer hazırlamaq məqsədilə 300 çinli ailənin evləri yandırılmışdı.


Xəbərə aid fotolar