Putin Medvedevi Baş nazir təyin etdi


Dünya 09 May 2018 11:24:00 243 0

Putin Medvedevi Baş nazir təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin RF-nin Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Son.az xəbər verir ki, bu barədə Trend Kremlin mətbuat xidmətinə istinadən məlumat verir.

Sənəddə deyilir: "Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin "a" bəndinə müvafiq olaraq, Dmitri Anatolyeviç Medvedev Rusiya Federasiyası Hökumətinin Sədri təyin edilsin".