Dövlət büdcəsinə gömrük daxilolmaları artıb


Digərləri 09 May 2018 09:19:35 253 0

Dövlət büdcəsinə gömrük daxilolmaları artıb

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,03 milyard manat köçürüb.

Bakı. Ənvər Məmmədov - 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,03 milyard manat köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur. Trend bu barədə DGK-nin hesabatına istinadən məlumat verir. Hesabata əsasən, aprel ayında gömrük daxilolmaları 300,59 milyon manat təşkil edib. Ötən ay gömrük rüsumlarından daxilolmalar 71,14 milyon manat, ƏDV – 211,53 milyon manat, aksiz daxilolmaları – 15,01 milyon manat, yol vergisindən daxilolmalar – 2,91 milyon manata bərabər olub.