Bahar aylarında ən çox narahatlıq doğuran hallar


Digərləri 09 May 2018 07:28:00 300 0

Bahar aylarında ən çox narahatlıq doğuran hallar

Yazın gəlişi və havaların isinməsi təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də fəallaşmasına səbəb olur. Gecələrin qısalması, günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişərək yuxu nizamına təsir edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fəsil dəyişikliyi zamanı baş verən bəzi hallar orqanizmin kifayət qədər dincələ bilməsinə, davamlı yorğunluğa və unutqanlığa səbəb olur.

Yazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər birinci sırada dayanır. Statistikaya görə, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Allergik xəstələrin yaranma səbəbi havada uçuşan polen adlı çiçək tozlarıdır. Mövsümi allergiya nəticəsində gözdə qızartı, qaşınma və reaksiya ilə əlaqədar olaraq damar genişlənməsi əmələ gəlir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək və bulanıq görmə yaranır.