Həkimlərin uğuru: ölmüş donordan diz kasacığı köçürülüb


Digərləri 09 May 2018 07:14:00 300 0

Həkimlərin uğuru: ölmüş donordan diz kasacığı köçürülüb

Vrotslav (Polşa) həkimləri ölmüş donordan diz kasacığının köçürülməsi üzrə Avropada ilk, dünyada isə ikinci olan əməliyyatı uğurla həyata keçiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Vrotslav Universiteti Klinik Xəstəxanasının hərəki orqanların ortopediya və travmatologiya şöbəsinin mütəxəssisləri xəstənin orqanizmindəki şişi kəsib götürməklə bərabər, həm də dizin öz funksiyasını yerinə yetirməsi üçün ayaq bitişiyini yenidən birləşdiriblər.