ABŞda qiyamçı polkovnikə yüksək post –


Digərləri 08 May 2018 21:19:00 301 0

ABŞda qiyamçı polkovnikə yüksək post –

1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dönəmində ABŞ-ı təhlükə qarşısında qoyan "İran-Kontra biabırçılığı"nın müəlliflərindən biri, polkovnik-leytenant Oliver Nort ABŞ-ın ən güclü silah lobbisi olan Milli Silah Şurasına (NRA) başçı təyin edilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, NRA bu ilin fevral ayında Floridada 17 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra vətəndaşlara silah satışının məhdudlaşdırılması üçün irəli sürülən qanun layihəsini dəstəkləməkdən imtina etmişdi.

Hadisədən sonra yüz minlərlə insan etiraz aksiyası keçirərək hökumət qarşısında silah satışını məhdudlaşdırmaq tələbi qoymuşdu.

Bu gün isə şuranın rəhbər postuna gətirilən Oliver Nort vaxtilə İrana qeyri-qanuni yollarla silah sataraq əldə etdiyi pulu Nikaraquada kommunist sardinistalara qarşı döyüşən partizanlara vermişdi. Həmin dönəmdə hökumətə qarşı döyüşən partizanlara yardım etmək insan haqlarının pozulması məsələsinə görə qadağan edilmişdi.