Qəbul imtahanlarının birinci mərhələsinin nəticələri açıqlandı


Digərləri 08 May 2018 17:24:00 325 0

Qəbul imtahanlarının birinci mərhələsinin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 15 keçirilmiş buraxılış və kolleclərə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri elan olunub.

DİM-dən Son.az-a verilən məlumata görə, Mərkəz aprelin 15-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün keçirilmiş imtahanların birinci mərhələsinin nəticələrini elan edib.

Aprelin 15-də keçirilən buraxılış imtahanında iştirak etmiş şəxslər (1025 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul imtahanında iştirak edən əvvəlki illərin məzunları (4477 nəfər) isə http://eservices.dim.gov.az/nettex9/keçidinə daxil olaraq nəticələri ilə tanış ola bilərlər.

Beləliklə, hər bir şəxs öz cavab vərəqi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.