Azərbaycanda poçt markalarında öz şəkliniz ola bilər


Digərləri 08 May 2018 16:20:00 272 0

Azərbaycanda poçt markalarında öz şəkliniz ola bilər

"Azərmarka" MMC fərdiləşdirilmiş poçt markası xidmətini işə salıb. Bu xidmət vasitəsilə hər bir şəxs üzərində öz şəkli olan poçt markası əldə edə bilər.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərmarka"da məlumat veriblər.

Fərdiləşdirilmiş markaların əldə olunması üçün "Azərmarka"ya, və ya Üzeyir Hacıbəyli küçəsi, 36 ünvanında yerləşən "Şəbəkə" xidmət mərkəzinə müraciət etmək olar.