"Çempion olsam, soyunacağam" dedi,


Digərləri 08 May 2018 14:37:00 305 0

"Çempion olsam, soyunacağam" dedi,

İngiltərənin Şeffild şəhərində snuker üzrə dünya çempionatının finalı olub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 43 yaşlı uelsli Mark Uilyams dünya çempionu titulunu qazanıb. O, 2000-ci və 2003-cü illərdə də dünya çempionu olmuşdu.

Mark finalda dördqat dünya çempionu, 42 yaşlı şotland Con Hiqqinsə qalib gəlib.

Matçdan əvvəl "çempion olsam, mətbuat konfransına lüt qatılacağam" deyən Mark Uilyams vədinə əməl edib və jurnalistlərin qarşısına çılpaq, belinə dəsmal bağlamış halda çıxıb.


Xəbərə aid fotolar