Ata və qızının ölümünə səbəb olan şəxsə hökm oxundu


Digərləri 08 May 2018 14:12:00 257 0

Ata və qızının ölümünə səbəb olan şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümündə təqsirləndirilən Tofiq Qədirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Qədirov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il noyabrın 23-də səhər saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa Əhmədova və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub.