Dərman mafiyasına görə qovulan generalları nə gözləyir?


Digərləri 08 May 2018 11:57:00 281 0

Dərman mafiyasına görə qovulan generalları nə gözləyir?

Ötən gün Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin ifşa olunması barədə  məlumat yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları işdən çıxarılıb. Onlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və başqalarıdır.

Bir neçə şəxs, yəni Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

"Qafqazinfo" sözügedən şəxslər haqqında maraqlı məlumatlar əldə edib. 

Belə ki, gömrük xidməti general-mayoru Sadiq Abduyev uzun illər bu sahədə çalışıb. Prezident tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Onun böyük biznesə sahib olduğu haqqında məlumatlar var. Həyat yoldaşı Könül Abduyeva şəhərin mərkəzində yerləşən "K.aan" modalar evinin rəhbəridir.