"Son 15 ildə polisin vəzifə maaşları 16 dəfə artıb"


Digərləri 08 May 2018 11:06:46 268 0

"Son 15 ildə polisin vəzifə maaşları 16 dəfə artıb"

Son 15 ildə Azərbaycanda polis əməkdaşlarının rütbə və vəzifə maaşları 16 dəfə artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Nazir bildirib ki, bu müddət ərzində maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb: "Prezident İlham Əliyevin daxili işlər orqanlarına böyük dəstəyi, himayədarlığı bizə xidməti fəaliyyətimizdə əsaslı dəstək, yüksək mənəvi stimul verir. Son 15 ildə bəzilərinin təməlqoyma və ya açılış mərasimlərində Prezidentin şəxsən iştirak etdiyi yüzlərlə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatıb. Bu müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb və nəticədə əməkhaqları orta hesabla 16 dəfə artıb".