Yeni Samsung smartfonları təqdim olundu


Digərləri 08 May 2018 08:46:00 230 0

Yeni Samsung smartfonları təqdim olundu

"Samsung" şirkəti "Galaxy A6" və "Galaxy A6 Plus" smartfonlarını rəsmən təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, smartfonlar xarici görünüşünə görə "Galaxy J", "Galaxy A" və "Galaxy S" istehsal xəttinə aid modellərin fərqli xüsusiyyətlərini özündə birləşdirib. Yeni modellər tərəflərinin nisbəti 18,5:9 təşkil edən daha böyük (müvafiq olaraq 5,6 və 6 düym) "Super AMOLED" ekranlarla təchiz olunub. Qurğularda kamera və barmaq izi skaneri qabaqcıl "Galaxy S9" və "Galaxy S9 Plus" modellərində olduğu kimi eyni yerdə yerləşir.

Bildirilir ki, istehsalçı smartfonların fotoçəkmə imkanlarına xüsusi diqqət yetirib. Adi "Galaxy A6" zəif işıqlandırma şəraitində çəkiliş üçün f/1,7 aperturalı 16 meqapikselli kamera ilə təchiz edilib. "Galaxy A6 Plus" modelində isə dağınıq fonda portret rejimli fotoşəkillər üçün f/1,9 diafraqmalı 5 meqapikselli yardımçı modula malik qoşa kamera quraşdırılıb.