Twitter parolları dəyişməyi tövsiyə edir


Digərləri 08 May 2018 08:11:00 270 0

Twitter parolları dəyişməyi tövsiyə edir

"Twitter"in parol saxlanma sistemində səhv aşkar edilib. Bu səbəbdən "Twitter" bütün istifadəçilərini sistemə giriş üçün parolları dəyişdirməyə səsləyib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Twitter-də öz hesabınız üçün parol yaradarkən şirkətimiz tərəfindən istifadə edilən texnologiyalar parolları elə maskalayır ki, şirkətin əməkdaşları onları görə bilməsinlər. Bu yaxınlarda məlum olub ki, parollar daxili jurnalda maskalanmamış şəkildə saxlanılıb. Biz səhvi aradan qaldırmışıq və araşdırmamız göstərir ki, parollara müdaxilə və ya qanunsuz istifadə üzrə heç bir əlamət qeydə alınmayıb - şirkətin bəyanatda deyilir".