Tramp Putini


Dünya 07 May 2018 23:19:00 320 0

Tramp Putini

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib, iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid etdiyini bildirib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.

"Prezident Tramp Putini təbrik edir və iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid edir. Ümid edirik ki, Rusiya ilə yaxşı münasibətlərin qurulacağı vaxt gələcək", deyə S.Sanders bildirib.