Taleyin albomu FOTO


Digərləri 07 May 2018 22:49:00 325 0

Taleyin albomu  FOTO

Yuri Vasilyeviç Yakovlev böyük aktyorluğa aparan yolda böyük maneələri dəf etmişdi 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Rusiyanın teatr və kino aləmi məşhur sovet aktyoru Yuri Vasilyeviç Yakovlevin 90 illiyini qeyd edir. O, tamaşaçıların yaddaşında 70-dən artıq filmdəki rolları ilə qalıb. Aktyorun adı çəkiləndə "İvan Vasilyeviç peşəsini dəyirşir", "Qusar balladası", "Qəribə təsadüf və ya həmişə təmizlikdə" və "Kin-za-za" filmləri yada düşür.   Uğursuz tələbə

Yuri Yakovlev 1928-ci ildə Moskvada anadan olub. Onun atası Vasili hüquqşünas idi, anası Olqa isə Kremlin nəzdində olan poliklinikada pəhriz üzrə tibb bacısı işləyirdi. Onların ailəsi Olqa Mixaylovnanın bacısı və iki qardaşı ilə birgə Podsosnevski döngəsində yaşayırdı. Sonralar isə onlar Kolobovski döngəsinə yeni binaya köçdülər. O vaxtlar artıq Yurinin valideynləri ayrılmışdılar. Oğlan anası ilə qalırdı, atası isə cümə axşamları onu yoluxmağa gəlirdi. 

Babası Vasili Nikolayeviç Yakovlev böyük ayaqqabı istehsalçısı idi və Voronej əhalisini ayaqqabı ilə təmin edirdi. Voronej şəhərində Smolenski soborda xüsusi ayaqqabı dükanları var idı.

1937-ci ildə kütləvi təmizlənmə və həbsetmələr başlamışdı. Yurinin dayısı, ictimai xadim Ami İvanovu Tuxaçevski ilə dostluq etdiyinə görə həbs edib məhkəmədən dərhal sonra güllələdilər. Olqa Mixaylovna müdiriyyətin tövsiyəsinə əməl edib işdən çıxdığına görə qurtuldu. 1941-ci ilin payızında Yakovlevlərin yaşadığı binanı təxliyə etdilər. Ailə Ufaya köçdü. Gənc oğlan orada anasının tibb bacısı işlədiyi hospitalda işləməyə başladı. O, paralel olaraq məktəbdə də oxuyurdu. Evə - bu illər ərzində demək olar ki, dağılmış Moskvaya onlar 1943-cü ildə qayıtdılar. Gənc Yakovlev yanacaqdoldurmada fəhlə işləyirdi. Sonralar ABŞ səfirliyi nəzdində avtomobillərin xırda təmiri ilə məşğul olmağa başladı. Axşam məktəbini bitirəndən sonra gənc oğlan gələcəkdə diplomat olmaq arzusuna çatmaq üçün sənədlərini Beynəlxalq Münasibətlər İnstitutuna verməyə hazırlaşırdı. Nəticədə isə fikrini dəyişib özünü aktyorluq sənətində sınamaq qərarına gəldi. O, uzun müddət yaşadığı mənzilin anbarında məşqlər etməyə, tələffüzünə quruluş verməyə başladı. Yakovlevin hədəfi Kinematoqrafiya İnstitutuna daxil olmaq olsa da, nəticədə onun zahiri görünüşü komissiyanın xoşuna gəlmədi. Ona başa saldılar ki, kadrda yaxşı görünməyəcək. Bu, həyatında zahiri görünüşünə görə aldığı ilk xəbərdarlıq deyildi. Hələ müharibədən əvvəl "Timur və onun komandası" filmində ikinci dərəcəli rolda çəkilməyə təşəbbüs etmişdi. İmtahandakı məğlubiyyəti isə onu darmadağın etdi. Amma xoş bir təsadüf onu xilas etdi. İnstitutun dəhlizində rast gəldiyi yuxarı kurs tələbəsi ona sənədlərini Şukin adına peşə məktəbinə verməyi məsləhət gördü. Yeganə təhsil ocağı idi ki, orada imtahanlar hələ də davam edirdi. Qəbul komissiyası Yakovlevə o qədər də heyran olmadı. O hər şeyin məhv olduğunu düşündüyü zaman, kursa tələbə yığan Sisiliya Lvovna müdaxilə etdi və gəncin qəbul olunmasını təkid etdi.

Mühafizəkar və sədaqətli

Şukin adına peşə məktəbində tələbənin işləri pis gedirdi. Elə birinci kursdaca aktyor bacarığı imtahanından "qeyri-kafi" aldığına görə az qalmışdı ki, onu məktəbdən qovsunlar. Onu bu vəziyyətdən yenə də Sisiliya Lvovna çıxardı. O, uğursuz tələbəni öz müdafiəsi altına aldı. Tədricən işlər düzəlməyə başladı. Cavan oğlan stabil olaraq "4" qiymətlər almağa başladı. Heç də təəccüblü deyil ki, Şukin adına məktəbin son kurs tələbəsini Vaxtanqov adına Akademik Teatra məmnuniyyətlə qəbul etdilər. Çox tezliklə Yuri Vasilyeviç baş aktyorlardan birinə çevrildi.

Yakovlev böyük səhnəyə 1952-ci ildən çıxmağa başladı. İlk vaxtlar o, epizodik rollarda çıxış edirdi. Məsələn, Viktor Hüqonun "Rədd edilmişlər" pyesindəki jandarmlardan birini canlandırırdı. Bir ildən sonra gənc aktyor "Makar Dubrava", "Avropa salnaməsi" pyeslərində ikinci dərəcəli rolları, sonra isə Sergey Mixalkovun "Raki" pyesində yaramaz Lenski rolu ilə tamaşaçıların rəğbətini qazandı. 

1954-1962-ci illər kinoda intensiv çəkilməyə başladı. 1968-ci ildə aktyora "Hər müdirin öz sadəliyi" tamaşasında Yeqor Qlumov rolu müvəffəqiyyət gətirdi. 60-cı illərin sonlarında aktyor özünü Vaxtanqov Teatrının baş aktyorlarından biri kimi təsdiq etdi. Yakovlevin istedadı, kino sahəsindəki məşhurluğu sayəsində zal tamaşaçılarla dolu olurdu. Aktyoru MXAT-a, Kiçik teatra çağırırdılar. Amma Yakovlev təbiətinə görə mühafizəkar idi, ona görə də öz iş yerinə sədaqətli qaldı.

Vaxtanqov adına Teatrda 60 il ərzində müxtəlif aktyorlarla, rejissorlarla işləmişdi. Vladimir Etuşdan başlayaraq, Roman Viktyukovla bitirmişdi. Teatrdakı axırıncı rolu Yakovlev 2011-ci ildə "Körpü" tamaşasında oynayıb. Ümumilikdə isə əfsanəvi aktyorun yüzlərlə rolu olub. 

Aforizmə çevrilən cümlələr


Xəbərə aid fotolar