Alimlərdən ŞOK ARAŞDIRMA


Digərləri 07 May 2018 22:35:00 276 0

Alimlərdən ŞOK ARAŞDIRMA

Çay insanın zehnini aydınladaraq diqqətini toplamasına kömək etdiyi üçün alimlər çay içən insanların yaradıcı olduğunu deyir.

Son.az xəbər verir ki, yeni elmi tədqiqatlara əsasən, çayın tərkibində olan teanin və kafein maddələri insanların sinir sistmeni oyaq saxlaması ilə bərabər, onların diqqətini də artırır. Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən az qala dərhal sonra zehni qabiliyyətinə təsir göstərmək gücünə malikdir.

Çinin Pekin Universitetindən olan bir qrup psixoloq aparılan tədqiqatları analzi edərək şərh verib. Onlar orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə maraqlı eksperiment aparıblar. Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər.

Testin birinci mərhələsində tələbələrə kubiklərdən "cəlbedici və yaradıcı" tikili qurmaq tapşırılıb. İkinci mərhələdə isə onlardan fantastik əriştə restoranına ad qoymaq tələb edilib.