Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak etməyəcək


Dünya 07 May 2018 22:17:00 333 0

Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak etməyəcək

Prezident Donald Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak etməyəcək.

Son.az APA-ya istinadən bildirir ki, Ağ Ev mayın 14-də səfirliyin açılış mərasimində iştirak edəcək heyətin tərkibini açıqlayıb.

Məlumata əsasən, prezident Trampın adı siyahıda yoxdur. ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Con Sallivan rəhbərlik edəcək. Bundan əvvəl D.Tramp səfirliyin açılışında iştirak edəcəyini istisna etmirdi.