Bankdan 1,5 milyon manat oğurlayan şəxs məhkəmə qarşısında


Digərləri 07 May 2018 18:00:00 233 0

Bankdan 1,5 milyon manat oğurlayan şəxs məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elektron hesablayıcı maşınların (EHM) sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozmaqda və oğurluqda təqsirləndirilən Moldova vətəndaşı Sergey Petroviçinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S. Petroviçi elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

Prosesdə çıxış edən bankın nümayəndəsi bildirib ki, təqsirləndirilən şəxs tərəfindən ziyanın ödənilməsi ilə bağlı hər hansı hərəkət olmayıb.