"İçimdən bir səs mənə dedi ki, onu öldür"


Dünya 07 May 2018 11:58:00 253 0

"İçimdən bir səs mənə dedi ki, onu öldür"

Video-oyun asılısı olan 15 yaşlı oğlan 21 yaşlı qızı bıçaqlayaraq öldürüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Moskvada Aleksey Maksimov adlı yeniyetmə 21 yaşlı Daria Evdokimovanın gözlərini çıxardıb, başından, boynundan və sinəsindən bıçaqlayıb.

Polisin verdiyi məlumata görə, Aleksey adam öldürməyin necə hiss olduğunu bilmək üçün cinayət törədib.

Aleksey Darianın arxasına düşərək izləyib, o, bankdan pul çıxararkən hücum edib, qətlə yetirib, sonra da pulunu oğurlayaraq hadisə yerindən qaçıb.

Qızı öldürdükdən sonra evinə gedən Maksimov nəsə olmamış kimi video-oyun oynamağa davam edib.


Xəbərə aid fotolar