Tbilisi prospektində hərəkət məhdudlaşdırılır


Digərləri 07 May 2018 10:31:00 250 0

Tbilisi prospektində hərəkət məhdudlaşdırılır

Rənglənmə ilə əlaqədar iki ərazidə hərəkət qismən məhdudlaşdırılır.

Bakı. Samir Əli - Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə iki ərazidə hərəkət qismən məhdudlaşdırılır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində (“Xırdalan” və “VAZ” dairələri arası) hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində səhər saat 11:00-dan etibarən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.