ABŞın paytaxtında ölkəmizin zəngin mədəniyyəti ziyarətçiləri valeh edib FOTO


Digərləri 07 May 2018 08:19:00 260 0

ABŞın paytaxtında ölkəmizin zəngin mədəniyyəti ziyarətçiləri valeh edib  FOTO

Ənənəyə uyğun olaraq, bu il yenə Azərbaycanın Vaşinqtondakı Səfirliyi öz qapılarını geniş ictimaiyyətə açaraq ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirib.

Səfirlikdən Son.az-a verilən məlumata görə, səfirliyə təşrif buyurmuş iki minə yaxın ziyarətçilər arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ dövlət strukturlarında çalışan və diplomatik korpus əməkdaşları olub.

Səfirliyə gələn qonaqlara ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, milli mədəni irsi, turizm potensialı və ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurlar barədə geniş məlumat verilib və əyani nümunələr, o cümlədən milli geyimlər, göz oxşayan yerlərdən bəhs edən video çarxlar, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş etdirilib və paylanılıb. Bundan əlavə, ziyarətçilərə ölkəmizin qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb.


Xəbərə aid fotolar