Şərqi Qutada 64 mindən çox insan öz evinə qayıdıb


Dünya 07 May 2018 07:55:00 248 0

Şərqi Qutada 64 mindən çox insan öz evinə qayıdıb

Şərqi Qutada 64 mindən çox insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko deyib.

Y.Yevtuşenko bildirib: "Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzinin səyləri sayəsində 64229 insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb".